Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-155, Kiçik Qafqazın çaylarında 95-155, Lənkəran-Astara bölgəsi çaylarında 45-75, Naxçıvan MR çaylarında isə normanın 35-40 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 474 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir (2011-ci ildə 830 m3/s olmaqla 117 faizini təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 178 m3/san olmaqla, ongünlük normanın 100 faizini təşkil edir (2011-ci ildə 208 m3/s olmaqla 117 faizini təşkil edirdi). Hazırda Surra məntəqəsində suyun səviyyəsi 516 sm (2011-ci il aprelin 27-də 668 sm), Şirvanda 425 sm (2011-ci il aprelin 27-də 567 sm ), Salyanda 368 sm (2011-ci il aprelin 27-də 471 sm ), Bankədə 279 sm (2011-ci il aprelin 27-də 341 sm), Araz çayının Novruzlu məntəqəsində isə 234 sm (2011-ci il aprelin 27-də 390 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB