“Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr” mövzusunda seminar başlayıb

“Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr” mövzusunda seminar başlayıb

Bu gün Bakıda Azərbaycan-ABŞ iş planına əsasən "Müdafiə Nazirliyi ilə parlament arasında əlaqələr" mövzusunda seminar başlayıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, iki gün davam edən seminarı giriş nitqi ilə Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və Marşal Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini səfir Canet Qarmey açıblar.

Seminarda Silahlı Qüvvələr üzərində demokratik nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə əsaslanan tərəfləri haqda müzakirələr aparılıb. Azərbaycan, Almaniya, Böyük Britaniya, Litva, Rumuniya, Bolqarıstan dövlətlərinin, ATƏT və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin deputatları seminarda çıxışlar edərək mövzu barədə ətraflı fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə