Bu gün qaynar.info xəbər portalı 5 yaşını qeyd edib. SİA-nın verdiyi xəbərə görə, "Park Bulvarda" keçirilən ad günü tədbirində çıxış edən portalın baş redaktoru Fərid Şahbazlı bildirib ki, qaynar.info fəaliyyət göstərdiyi 5 il ərzində ölkə ictimaiyyətinə faydalı mesaj vermək istəyən hər kəsə tribuna olub və daima gənclərin səsini işıqlandırıb: "Bizim məqsədimiz portalın daha da güclənməsi və Azərbaycanın internet məkanında ən güclü olmasını təmin etməkdir".
Mərasimdə millət vəkili Aydın Mirzəzadə, keçmiş millət vəkilləri Nazim Məmmədov, Aynur Camalqızı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Səbayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Bakı şəhər DYPİ-in İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov və digər tanınmış mediya nümayəndələri iştirak ediblər.
Qonaqlar çıxışlarında sayt əməkdaşlarını təbrik edərək onun ölkənin ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan danışıblar. Onlar saytın ictimai-siyasi qüvvələr arasında fərq qoymadan işıqlandırdığını deyərək onun media aləminə maraqlı yeniliklər gətirdiyini vurğulayıblar. Mərasimdə tanımış müğənni əməkdar artist Aybəniz Haşımova onları öz musiqi payı ilə təbrik edib.
Qeyd edək ki, qaynar.info 2007-ci il aprelin 25-də yaradılıb. Saytın təsisçisi və ilk baş redaktoru Zahir Əzəmət olub. 2009-cu ilin noyabrında sayt rəhbərliyi yaranmış maddi problemlər səbəbindən fəaliyyətini dayandırmaq istəyib, lakin sonradan Zahir Əzəmət onu gənc jurnalist Fərid Şahbazlıya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB