Azərbaycan və İsrail arasında yeni sazişlərin imzalanması planlaşdırılır

Azərbaycan və İsrail arasında yeni sazişlərin imzalanması planlaşdırılır
Azərbaycan və İsrail arasında yeni sazişlərin imzalanması planlaşdırılır. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkəmizdə səfərdə olan İsrail xarici işlər naziri Aviqdor Liberman bildirib.

Onun sözlərinə görə, söhbət diplomatik pasportu olanlar üçün vizasız rejim barədə, təhsil sahəsində əməkdaşlıq haqqında sazişlərdən, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə çərçivə sazişindən gedir. İsrailli nazir bir müddət öncə gömrük sahəsində əməkdaşlıq barəsində saziş imzalandığını bildirib.

A.Liberman qeyd edib ki, ikitərəfli münasibətlərin belə müsbət inkişaf dinamikası gələcəkdə də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə