Prezident İlham Əliyev Cin Yen Kimi təbrik edib

Prezident İlham Əliyev Cin Yen Kimi təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının prezidenti Cin Yen Kimi təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Hörmətli cənab prezident, Dünya Bankının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz ölkəmizin Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim. Ümidvaram ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızın daha da dərinləşdirilməsi naminə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə