Paytaxtda hava yenidən isti olacaq

Paytaxtda hava yenidən isti olacaq
Bu gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Hava şəraitinin qısa icmalı: Aprelin 18-i gündüzdən yağışın kəsiləcəyi, 19-da axşamadək əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, aprelin 19-da gündüz arabir güclənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə