Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun bu gün Avstraliyaya işgüzar səfəri başlayıb. SİA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, bu gündən başlayan səfər "Xüsusi səfərlər proqramı" çərçivəsində Avstraliya tərəfinin dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiriləcək. O cümlədən Avstraliyanın Ticarət Komissiyasının baş meneceri Devid Lander, Xarici İşlər və Ticarət Nazirliyinin katibi Denis Riçardson, Enerji və Turizm Nazirliyinin nümayəndəsi Martin Sergüsonla
görüşlər nəzərdə tutulub.
Səfər zamanı Azərbaycanla Avstraliya arasında ikitərəfli əməkdaşlıq, ticarət və investisiya, hüquqi müqavilə bazasının möhkəmləndirilməsi və humanitar məsələlər müzakirə olunacaq. X. Xələfov Avstraliyanın 3 şəhərində - Kanberra, Sidney və Melburnda olacaq.

Səfər aprelin 22-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB