Əbülfəs Qarayev: \"Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər\"

Əbülfəs Qarayev: \"Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər\"
\"Bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizim naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi ilə "Eurovision 2012" müsabiqəsində iştirak etmək üçün Azərbaycana gələnlərə viza hava limanında veriləcək. Bununla yanaşı Azərbaycana gələn əcnəbilərə vizanın elektron qaydada verilməsi üçün müvafiq proqram hazırlanır: "Proqrama əsasən, Azərbaycana gələn turistlər vizaları 15 gün ərzində internet vasitəsilə əldə edəcəklər. Hazırda bu istiqamətdə ciddi işlər görülür. Düşünürəm ki, bu ilin sonunadək Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə ala biləcəklər".

Nazir görülən işlərin ölkədə turizmin inkişafına təkan verəcəyini deyir: "Ötən il Azərbaycanda turizm sahəsinin artım tempi 14% olub. Ötən ilki artım templərini nəzərə alsaq, bu il sözügedən sektorda artım tempinin 10-15% olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə