Tərtər çayında sahilbərkitmə işləri aparılır

Tərtər çayında sahilbərkitmə işləri aparılır

Ermənilər işğalda olan ərazilərimizdən Tərtər çayının qarşısını tez-tez açaraq təhlükə yaratdığından adiyyəti qurumlar tərəfindən çayda sahilbərkitmə işləri aparılır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə görülən işlərə xeyli sayda işçi qüvvəsi və texnika cəlb olunub. Belə ki, çay boyunca beton vasitələri ilə mühafizə işləri aparılır.


Tərtər çayı mənbəyini işğal altında olan Sərsəng su anbarından götürdüyü üçün ermənilər istənilən vaxt suyun qarşısını açıb çayda daşqınlar yarada bilirlər. Bu səbəbdən də Melarasiya və Su Təsərrüfatı İdarəsinin sifarişi əsasında aparılan mühafizə işləri çayın sağ və sol sahilində həyata keçirilir.

Qeyd edək ki, sahilbərkitmə işləri ilin sonuna qədər 650 metr ərazini, daha sonra ayrılacaq vəsait hesabına həmçinin bir neçə km, yəni rayonun Lək kəndinə qədər uzanan ərazini əhatə edəcək.


Məlumat üçün bildirək ki, Tərtər çayında baş verən daşqınlar çay sahilində yerləşən VI-VII əsrə məxsus tarixi bir körpü üçün də təhlükə yaradır. Belə ki, sahilbərkitmə işləri zamanı körpü sel və daşqınlardan mühafizə olunacaq.



Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə