Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi İctimai Palatanın keçirdiyi mitinqlə bağlı məlumat yayıb. BŞBPİ-dən SİA-ya verilən məlumatda deyilir: "Aprelin 8-də özünü "İctimai Palata" adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib", - deyə, məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə