YAP Qəbələ rayon təşkilatına yeni sədri seçilib

YAP Qəbələ rayon təşkilatına yeni sədri seçilib

Aprelin 5-də YAP Qəbələ rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, konfrans istirakşıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər və abidənin önünə əklil qoyublar. Konfransda YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov hesabat məruzəsi ilə cıxış edərək, təşkilatın hesabat dövrü ərzində gördüyü işlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən bəhs edib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Konfransda YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında geniş abadlıq-quruculuq işlərindən və uğurlu islahatların nəticələrindən bəhs ediblər.

Müzakirədən sonra təşkilati məsələlərə baxılıb. Abil Ağasəfov YAP Qəbələ rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin, rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 7 nəfərlik nəzarət-təftiş qrupu müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə