Əli Hüseynli: “Tərəflər həqiqətən mövcud dəyərlərə sadiq qalarsa, o zaman ziddiyyətli məsələlər də öz həllini tapar” - MÜNASİBƏT
Bu gün Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyası öz işini davam etdirib. SİA-nın xəbərinə görə, plenar sessiyada ötən gün Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitə, İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Aİ Siyasətləri ilə Uyğunluq üzrə Komitənin, Enerji Təhlükəsizliyi üzrə Komitənin, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitənin iclasında qəbul olunan hesabatlar müzakirə edilib.
Avronest PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin hesabatını qurumun Bakıda keçirilən plenar iclasında müzakirəyə təqdim edən Azərbaycan deputatı, hesabat üzrə həmməruzəçi Əli Hüseynli bildirib ki, Avropa İttifaqına üzv olan ölkələr üçün eyni dəyərlər mövcuddur. Onun sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi, indi də demokratik dəyərlərə, insan hüquqlarının qorunmasına sadiqliyimizi nümayiş etdirir: "Bizi birləşdirən dəyərlər də məhz budur. Tərəflər həqiqətən bu dəyərlərə sadiq qalarsa, o zaman ziddiyyətli məsələlər də öz həllini tapar. Hesab edirəm ki, bu bizim təkcə birgə hazırladığımız yox, hamımızın birgə təqdim etdiyimiz bir raportdur. Bunu dəstəklədiyinizə görə təşəkkür edirəm".
Ə.Hüseynli qeyd edib ki, bu hesabat ideal olmasa da, yaxşı bir başlanğıcdır. Millət vəkilinin sözlərinə görə, həm Avropa İttifaqı ölkələri, həm də "Şərq Tərəfdaşlığı" ölkələri özünə aid olan tövsiyələri götürə bilər. Hesab edirəm ki, Siyasi komitənin bu sahədə iradəsi mövcuddur və demokratiyanın, azad medianın inkişafı ilə bağlı məsələləri daim gündəmdə saxlamalıdır.
İclasın davamında aparılan müzakirələr zamanı Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrindən olan deputatlar hesabatla bağlı fikirlərini bildiriblər. Avropa ölkələrindən olan deputatlar qeyd ediblər ki, insanların baxışlarının dəyişməsinə nail olmaqdır. Deputatlar insan haqlarının, demokratiya məsələsinin Avronest-in daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, əsas çətinlik qanunların dəyişməsi deyil, insanların baxışlarının dəyişməsinə nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB