Ermənilər Bakıda qarşılanmalarından məmnun olublar

Ermənilər Bakıda qarşılanmalarından məmnun olublar

Bakıda keçirilən Avronest PA-nın II sessiyası çərçivəsində İqtisadi inteqrasiya, Hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasında komitənin hesabatı müzakirə olunub. SİA-nın verdiyi xəbərə görə, hesabata edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı Ermənistanın 8 saylı, Azərbaycanın isə 12 saylı təklifi həmin sənəddən çıxarılıb.

Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Vahan Ovannesyan çıxışı zamanı isə Bakıda yüksək səviyyədə qarşılanmaqlarından məmnun olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti ilə öncədən belə bir centlmen razılaşması əldə edilib ki, komitənin hesabatına təklif olunan dəyişikliklərdə ümumi işə ziyan vuracaq ifadələr olarsa, çıxarılsın. "Biz öz tərəfimizdən hesabatla bağlı 8 saylı təklifimizi çıxarırıq və geri götürürük. Azərbaycan tərəfi isə bizə söz verib ki, 44 saylı təklifi çıxaracaq, geri götürəcək. İstərdik ki, ziddiyyətli təklif hesabata salınmasın"-,deyə o əlavə edib.

Azərbaycanın "Avronest" PA-dakı nümayəndə heyətinin üzvü Azər Kərimli isə qeyd edib ki, Azərbaycan hesabata təqdim etdiyi 12-ci təklifi çıxarır və geri götürür.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə