Cari ilin aprel ayının sonu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. SİA-nın verdiyi xəbərə görə, bu məlumatı Elmar Məmmədyarov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, görüşün Londonda baş tutması nəzərdə tutulub.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərində keçiriləcək prezident seçkilərinə toxunan nazir bildirib ki, bu hal münaqişənin həlli istiqamətində aparılan danışıqlara mənfi təsir etməmələdir.
"Münaqişənin həllinin vaxtı artıq yetişib",-deyə E.Məmmədyarov əlavə edib.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB