Elşən Manafov: “Müxalifətin təşkil edəcəkləri mitinq ölkədə mövcud olan stabil rejimə heç bir maneə törədə bilməz” - MÜNASİBƏT

Elşən Manafov: “Müxalifətin təşkil edəcəkləri mitinq ölkədə mövcud olan stabil rejimə heç bir maneə törədə bilməz” - MÜNASİBƏT

Müxalifətin İctimai Palatda təmsil olunan siyasi qüvvələrinin aprelin 16-da təşkil edəcəkləri mitinq ölkədə mövcud olan stabil rejimə heç bir maneə törədə bilməz. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyasının sədri Elşən Manafov bildirib.


Partiya sədrinin sözlərinə görə, ötən ildə adı çəkilən palatada təmsil olunan siyasi partiyalar müxtəlif səpkidə mitinqlər keçirmək fikrində oldular: "Həmin mitinqlər birdaha göstərdi ki, müxalifətin sosial bazası yox dərəcəsindədir. Onların mütəmadi olaraq sosial bazalarının güclü olmaları barədə verdikləri bəyanatlar da Azərbaycanın ictimai-siyasi reallıqlarını özündə ehtiva etmir. Azərbaycan hakimiyyəti yetərincə güclü bir hakimiyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin Seul Nüvə Təhlükəsizliyi, G-20 sammitində iştirakı, ölkəmizin BMT-nin qeyri-daimi üzv seçilməsi, eləcə də Avropanın enerli təhlükəsizliyinə töhvə verə biləcək dövlətlər siyahısında xüsusi çəkiyə malik olması birdaha ölkəmizin artan nüfuzundan xəbər verir. Hesab edirəm ki, apreldə keçirilməsi planlaşdırılan bu mitinqlər əvvəlki mitinqlər kimi böyük bir rezonansa səbəb olmayacaq".




Bütün xəbərlər Facebook səhifəmizdə