Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında dayanmadan partlayışlar törədir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, intensiv partlayışların son bir neçə gündə sayı xeyli artıb.
Ağdamın işğal altında yerləşən Uzundərə və Şahbulaq dağ massivində törədilən partlayışların dəqiq nədən baş verdiyi bilinmir. Cəbhə kənd sakinlərinin sözlərinə görə, gün ərzində 50-dən çox partlayış törədilir.
Qeyd edək ki, güclü partlayışlar torpaq titrəməsi yaratdığından təmas xəttinə yaxın yerləşən evlərə ciddi ziyan vurub. Qeyd edək ki, bəzi evlərin hasarlarında belə çatlar əmələ gəlib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB