Azərbaycanlıların soyqırımını xatırladan ümumi abidə və ya muzey kompleks yaradılacaqmı?
Azərbaycanlıların soyqırımını xatırladan ümumi abidə və ya muzey kompleksinin yaradılması təşəbbüsü var. Bunlar hazırda Prezident Administrasiyasında öyrənilir, müvafiq qurumlar tərəfindən dəyərləndirilir. SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Bu məsələlər gündəmdədir, amma hələlik bununla bağlı qərar verilməyib. Amma düşünürük ki, bununla bağlı qərar verilməsə də, milli yaddaşın formalaşdırılması, tarixi keçmiş, bu gün və gələcək arasında əlaqə yaratmaq, bu soyqırımı haqqında ictimai yaddaş komponentlərinin bərpa olunması məsələsində belə bir muzeyin yaradılması vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB