Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi ilə görüşüb. SİA-nın məlumatına görə, İran və "altılıq" ölkələri arasında müzakirələrin İstanbulda keçirilməsini təklif edən Türkiyənin baş naziri bildirib ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadəyə heç kəs qarşı çıxa bilməz.
Rəhimi Ərdoğanın təklifini dəyərləndirərək deyib ki, İran da müzakirələrin Türkiyədə keçirilməsini istəyir və dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB