Tarixçi: \"Tarixən qətliamlar törədən ermənilərin arxasında çar Rusiyası, bəzi Avropa dövlətləri və Sovet hökuməti dayanıb”
\"31 Mart Soyqırımı bütövlükdə Çar Rusiyasının Azərbaycan xalqına qarşı yeritdiyi, formalaşdırdığı bir missiyadır\". Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Cəbi Bəhrəmov SİA-ya açıqlamasında bildirib ki, bu faciədə ruslar tərəfindən ermənilər məharətlə istifadə olunub. Onun sözlərinə görə, Qriqoryan və ya Daşnaksütun Partiyasının Azərbaycan xalqına qarşı olan nifrəti bu cür soyqırımılarla nəticələnib.
"Mart soyqırımının ermənilər tərəfindən törədildiyi doğrudur. Amma sual olunur ki, onlara maliyyə dəstəyini, silahı, siyasi dəstəyi kim verib? Rusiyada hakimiyyət dəyişsə də Qafqaz siyasətinin mandatı dəyişmir. İstər Sovet Rusiyasının, istərsə də indiki Rusiyanın hakimiyyət dairələrinin mandatında Qafqaz, Azərbaycan siyasətində mövqe və mahiyyəti dəyişmir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, \"Azərbaycan\" qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Qeyd edim ki, tarixən qətliamlar törədən ermənilərin arxasında çar Rusiyası, bəzi Avropa dövlətləri və Sovet hökuməti dayanıb", - deyə o əlavə edib.
C.Bəhmənov qeyd edib ki, 1801-ci ildən başlayan Azərbaycanın deportasiya tarixi 1992-ci ildə tamamlanmayıb, bu gün də davam edir. Onun fikrincə, bu proses bilvasatə ermənilərin əli ilə Rusiya maraqları dairəsində gündəmə gətirilib: "Bütün hallarda Rusiya tarixçiləri bildirlər ki, nəinki indiki Ermənistan ərazilərində, hətta indiki Türkiyə ərazisində belə ermənilərlə bağlı hər hansı bir arxeoloji sənəd, abidə yoxdur. İndinin özünə qədər ermənilər öz tarixlərini sübut edə bilmir və özlərinə yeni tarix yazmağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB