Özünü dünyaya demokratik ruhlu göstərmək istəyən Ermənistanın sən demə xaricdə yaşayan vətəndaşlarının ölkələrində keçirilən seçkilərdə iştirak etmək hüququ yox imiş. Hər halda respublikanın qanunvericiliyində bununla bağlı nə isə göstərilməyib. Daşnaqlar isə dünyanın hər yerində artıq çoxdan qərarlaşmış olan durumun mövcudsuzluğundan siyasi divident kimi istifadə etmək qərarına gəliblər.
Daşqansütyun Partiyasının parlament fraksiyasının rəhbəri Vaan Ovanesyanın fikirləri də səsvermə hüququ məsələsinin təsbitinin siyasi mahiyyət daşıdığını söyləməyə əsas verir. Ermənistanın hazırkı iqtidarını buna görə tənqid edən Ovanesyan bildirib ki, əgər təmsil etdiyi qurum 6 mayda keçiriləcək parlament seçkisində qalib gəlsə, xaricdə yaşayan ermənilərin seçkidə iştirak hüququnun qanunvericilikdə təsbitini təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB