Ərdoğanın - Obama görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Cənubi Koreyanın paytaxtı Seulda nüvə sammiti öncəsi keçirdiyi görüşdə qondarma erməni soyqırımı məsələsinin mütəmadi olaraq Birləşmiş Ştatlar Konqresinə yol tapmasından söhbət açıb.
Türkiyənin \"Milliyyət\" qəzetinə istinadən verilən məlumatda bildirilir ki, baş nazir bu baradəki fikirlərinə siyasi xadimlərdən siyasətçi düzəltməyin lazımsızlığından bəhs edərək aydınlıq gətirib. \"Hakimiyyəti respublikaçıların və ya demokratların gəlməsindən asılı olmayaraq eyni vəziyyət yaranır. Belə qanun layihələri hər il aprel ayında konqresə çıxmamalıdır\", - deyə o əlavə edib.
Qeyd edək ki, R.T.Ərdoğanın B.Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Türkiyənin baş nazirinin bildirdiyinə görə, ABŞ-ın dövlət başçısına ATƏT-in Minsk Qrupunun problemi 20 ildir, aradan qaldıra bilmədiyini xatırladıb: \"Bu münaqişəni ATƏT-in Minsk qrupunun 20 ildir çözə bilmədiyini xatırlatdım. Bir təklif verdim. \"Madam ki, bu iş dalana dirəndi, lazımdırsa, biz Azərbaycan tərəfi ilə danışaq, Fransa, Rusiya və Siz də ermənilərlə danışın, dilə tutun, bu problemi çözək\" dedim\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB