Türkiyə Suriyadakı səfirliyinin fəaliyyətini dondurdu
Suriyanın paytaxtı Dəməşqdə ardı-arası kəsilməyən qarşıdurmalar üzündən Türkiyə Suriyadakı səfirliyinin fəaliyyətini müvəqqəti bağlayıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, bundan əvvəl isə Böyük Britaniya, ABŞ, Kanada, İtaliya, Fransa, Finlandiya və İspaniya, həmçinin Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi Suriyadakı səfirliklərini bağlamışdı. BMT-nin açıqlamasına görə, Suriyada bir ildən çoxdur davam edən toqquşmalarda 8 mindən çox insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB