Ermənilər ATƏT-in Minsk qrupundakı dəyişiklik xəbərindən əsəbləşiblər
Ermənilər ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda Fransanı Avropa Birliyinin əvəzləməsindən əməlli başlı əsəbləşiblər. Məsələyə münasibət bildirən Qara-Xəzər dəizi bölgəsi üzrə Siyasi və Sosial Araşdırmalar İnstitutunun analitiki Andrey Areşevin yerli mediaya açıqlaması da öz sözünü deyib. Ekspert bildirib ki, belə bir planın həyata keçməsi AB-nin istəyidir.
Planın çoxdan hazırlandığını deyən Araşev deyib ki, Parisin Dağlıq Qarabağ münaqişəsinə münasibəti ilə digər Avropa dövlətlərinin baxışlarında ciddi fərqlər var və bu fərqlər Ermənistanın xeyrinə olmaya bilər: "Bu, Brüsselin təzyiqi ilə müzakirəyə çıxarılan məsələdir. Güman edirəm ki, səsvermə onların istədikləri nəticəni verəcək".
A.Araşev haqqında bəhs etdiyi məsələdən həyəcan təbili çalsa da, ümumən o qənaətdədir ki, Fransanın yerini AB-nin tutması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hər hansı yenilik gətirməyəcək. Baxmayaraq ki, Fransanın tutduğu mövqe bundan sonra Avropa ölkələrinin konfliktlə əlaqədar ümumilikdə tutacaqları mövqe olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB