Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraiti yağmursuz keçəcək, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Martın 20-dən 22-dək Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB