Azərbaycan Prezidenti Yoaxim Qauku Almaniya prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti Yoaxim Qauku Almaniya prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauka təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Almaniya Federativ Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Biz Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz və xalqlarımız arasındakı mövcud dostluq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığımıza daim öz töhfəsini verməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə fəal əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını müvəffəqiyyətlə davam etdirəcək və möhkəmlənəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".



Bütün xəbərlər Facebook səhifəmizdə