Seymur Orucov: “Bu gün keçirilən nümayiş bir daha sübut etdi ki, müxalifət qurumlarının heç bir sosial dayağı yoxdur”

Seymur Orucov: “Bu gün keçirilən nümayiş bir daha sübut etdi ki, müxalifət qurumlarının heç bir sosial dayağı yoxdur”

"Bu gün keçirilən nümayişdə bir daha sübut etdi ki, özlərini müxalifət adlandıran bu qurumların heç bir sosial dayağı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib. Onun sözlərinə görə, müxalifət mitinq keçirib ətraflarına kimisə toplamağa heç zaman gücləri olmayıb, olmayacaq da: "Nümayişdə iştirak edən gənclər dövlətimizin əleyhinə yersiz çıxışlar edib, böhtançı müxalifətə qul olmaqdansa, bu dövlətin inkişafından bəhrələnərək öz potensiallarını artırsınlar. Dövlətin milli dəyərlərinə qarşı çıxıb xarici təşkilatlardan maliyyə yardımı alaraq öz gələcəklərini məhv etməkdənsə, gənclər təşkilatlarına qoşularaq öz karyeralarında nailliyyətlər qazanmağa can atsınlar".

S. Orucov bildirib ki, Azərbaycan xalqı özünün düzgün yolunu seçib və bu istiqamətdə də irəliləyir: " Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran, mütəmadi dövlət proqramları qəbul edən, hər il gənclərlə görüş keçirən, hər il gənclərin bu və ya digər problemlərini müzakirə edən yeganə dövlətdir. Bizi əhatə edən ölkələr arasında, xüsusilə də Gənclər və İdman Nazirliyi olan, xüsusi dövlət proqramları həyata keçirən ölkələr yoxdur, ya da onların heç birində Azərbaycandakı qədər fəal gənclər siyasəti yürüdülmür. Bu ənənəni Ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu gün də ölkə Prezidenti tərəfindən bu siyasət davam etdirilir. Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır. Son illərdə Azərbaycan neft kapitalının intellektual kapitala çevrilməsi proqramı çərçivəsində Azərbaycan gənclərinin ən yaxşı nümayəndələrini seçib, xarici ölkələrdə təhsil alması məsələsini təşkil edir. Xarici ölkələrin müxtəlif texnoloji mərkəzlərində, qabaqcıl ali məktəblərində və digər strukturlarda gənclərin iştirakını təmin edir".

Bütün xəbərlər Facebook səhifəmizdə