Pakistanın Azərbaycandakı səfiri Dövlət Miqrasiya Xidmətində olub

Pakistanın Azərbaycandakı səfiri Dövlət Miqrasiya Xidmətində olub

Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.

Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud olan sıx əməkdaşlıqdan söhbət açılmış, miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə həmçinin qonaqların nəzərinə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ərazisində yaşamaları qanuniləşdirilmiş Pakistan vətəndaşları barədə məlumatlar çatdırılib, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Hər iki tərəf qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd etmişdir.

Sonda səmimi qəbula görə öz təşəkkürünü bildirən qonaq Xidmət rəisini yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə