Sezen Aksunun  evinin qarşısında etiraz aksiyası keçiriləcək

Sezen Aksunun evinin qarşısında etiraz aksiyası keçiriləcək

Bu günlərdə yayılan məlumata əsasən Türkiyənin məşhur müğənnisi Sezen Aksunun hazırladığı albomunda Azərbaycanın xalq mahnısı "Sarı gəlin"-in erməni dilində ifası yerləşdiriləcək. Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzindən SİA-ya verilən məlumata görə, bununla bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə bəyanat qəbul edib.

Bəyanatda deyilir: \"Tanınmış Türkiyə müğənnisi Sezen Aksu Azərbaycanın xalq mahnısı "Sarı gəlin"-i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi, biz diasporçuları da narahat etməkdədir. Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırım və terror aktları həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdirmişlər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbul edilməzdir və bunu şiddətlə qınayırıq. 26 fevral tarixində Xocalı soyqırımının anma günündə İstanbulun Taksim meydanında keçirilən yürüşdə Azərbaycan və Türkiyə ictimaiyyəti bir yumruq olduğunu göstəmişdir və tədbirdə iştirak edən Türk və Azərbaycan sənətçiləri qədim türk xalq mahnısı olan "Sarı gəlin"-i yürüş zamanı canlı ifa etmişdirlər. Təəssüflər olsun ki, S. Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olub. Biz BDM və ASİM-DER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını baykot etməyə çağırırıq. Biz S. Aksunu erməni yandaşlığından əl çəkməyə, Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik.

Məlumat üçün bildirək ki, bununla bağlı BDM və ASİM-DER 19 mart 2012-ci il tarixində saat 15:00-da Sezen Aksunun İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə