Nazim İbrahimov: “Ermənistanın “Eurovizion”da iştirakdan imtina etməsi onların öz işidir” - MÜNASİBƏT

Nazim İbrahimov: “Ermənistanın “Eurovizion”da iştirakdan imtina etməsi onların öz işidir” - MÜNASİBƏT

"Torpaqlarımız işğal olunarkən, bu qədər insan əziyyət çəkərkən bizdə erməni sevgisi təbii ki, ola bilməz. Lakin bütün bunlara baxmayaraq, istərdik ki, ermənilər bu musiqi yarışında iştirak etsinlər. Onların həyatına heç bir təhlükə ola bilməz". SİA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ermənistanın "Eurovizion" musiqi yarışmasında iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Ermənistan bizə düşmən olan ölkədir və onlara elə bu cür hiss bəsləmək lazımdır: "Ermənistanın Azərbaycanda keçiriləcək "Eurovizion" musiqi yarışmasında iştirakdan imtina etməsi onların öz işidir. Diasporanın əsas məqsədi Ermənistanın təcavüzkar kimi tanıdılması və erməni vəhşiliyinin üzə çıxarılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə