Böyük Britaniyanın Azərbaycandakı səfiri Gəncəyə gedəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Gəncəyə gedəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Gəncəyə gedəcək. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfir Piter Beytman martın 6-7-də Gəncə şəhərində səfərdə olacaq. Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində şəhər rəhbərliyi ilə həmçinin, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Xatırladaq ki, Gəncə şəhərindən əvvəl səfir Azərbaycanın digər bölgələrdə - yanvar ayında Naxçıvan MR-da və Avropa İttifaqının Bakıdakı nümayəndəliyin təşkilatçılığı ilə keçən il noyabr ayında Fizuli rayonunda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə