ATƏT Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

ATƏT Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb
ATƏT Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. SİA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, rəydə bildirilir ki, namizədlər arasında azad rəqabət mühiti mövcud olmayıb: "Bütün namizədlər mediada çıxış etmək imkanı əldə etsələr də, baş nazir Vladimir Putin bu sahədə xüsusi imtiyazlara sahib olub. Regional səviyyədə dövlət imkanları onun xeyrinə səfərbər edilib. Namizədlərin qeydiyyatı üçün irəli sürülən ağır şərtlər də əsl rəqabəti məhdudlaşdırıb".

ATƏT müşahidəçiləri səsvermə prosesini pozitiv qiymətləndirsələr də, məntəqələrin təxminən üçdə birində səslərin sayılması zamanı pozuntulara yol verildiyini bəyan ediblər: "Seçkilərin ilk turu qəti qalibi ortaya çıxardı. Lakin seçicilərin seçim imkanı məhdudlaşdırıldı, seçki kampaniyası ədalətli aparılmadı. Seçki prosesinin əvvəlindən bəri ciddi problemlər var idi. Seçkinin mahiyyəti odur ki, nəticə əvvəlcədən bəlli olmur, lakin Rusiyadakı seçkilərdə bunu demək mümkün deyil. Real rəqabət yox idi və inzibati resurslardan sui-istifadə seçkinin qalibini ortaya qoyurdu".

Bütün xəbərlər Facebook səhifəmizdə