Taksimdə Xocalı soyqırımını ananlar arasında Metyu Brayza da olub
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da İstanbulun Taksim meydanında Xocalı soyqırımının 20 illiyinə həsr olunan aksiyada iştirak edib. Məlumata görə, mitinq-yürüşdə Azərbaycanın millət vəkilləri, iş adamları, diaspor nümayəndələri iştirak ediblər.
Taksim meydanında 160 mindən çox aksiya iştirakçısı toplanıb. İştirakçıların çoxu Azərbaycan və Türkiyə gəncləri olub. Onlar əllərində Azərbayca və Türk bayraqları, eləcə də, "Qaniçənlər Qarabağdan rədd olun", "Şəhid Mübariz, yolunu davam etdirəcəyik", "Bütün dünya səsimizi duysun" plakatları tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB