Azadlıq meydanından Xocalı abidəsi önünə kimi böyük yürüş keçirilir-YENİLƏNİB

Azadlıq meydanından Xocalı abidəsi önünə kimi böyük yürüş keçirilir-YENİLƏNİB

Bu gün Bakıda ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş böyük yürüş keçirilir. SİA-nın məlumatına görə, yürüş səhər saatlarında Azadlıq meydanından başlayıb Xocalı prospektində, Xocalı abidəsinin önündə başa çatacaq.Yürüşdə 40 mindən çox insan iştirak edir. İnsanların sayının daha da artacağı gözlənilir.

Xatırladaq ki, artıq bir neçə gündür ki, Xocalı faciəsini əks etdirən abidəni ziyarətə gələn insanların ardı arası kəsilmir. Ziyarətçilər arasında müxtəlif təşkilatların nümayəndələri, gənclər və uşaqlar var. Xocalı prospekti boyunca Xocalı soyqırımı ilə bağlı plakatlar, lövhələr yerləşdirilib.

Bu günlə əlaqədar polis bu gün gücləndirilmiş iş rejimində çalışacaq. Məqsəd aksiyaya qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etməkdir.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Xocalı faciəsi zamanı həyatlarını itirmiş dinc insanların xatirəsinə ucaldılmış \"Ana harayı\" abidəsini ziyarət edib, önünə əklil qoyulub.


Xatırladaq ki, bu dəqiqələrdə yürüşdə iştirak edənlərin sayı 100 minə qədərdir. Yürüşdə ölkənin müxtəlif qurumları, ictimaiyyət nümayəndələri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə