Erməni yazar: “Xocalıyla bağlı mitinq çağırışlarından heç cür qaça bilmirik”
Fevralın 26-da Türkiyənin Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçiriləcək aksiyaya hazırlıq orada yaşayan ermənilərin ciddi narahatlığına səbəb olub. SİA-nın xəbərinə görə, Türkiyənin ermənilərə məxsus "Agos" qəzetində erməni yazar Rober Koptaş Xocalının 20-ci ildönümü ilə bağlı Taksimdə keçiriləcək mitinqlə bağlı yazı dərc edib. Yazıda deyilir: "Son günlərdə "Erməni yalanına səssiz qalma" deyə böyük hərflərlə yazılan mitinq çağırışından heç cür qaça bilmirik. Yerin üstündə, ən işlək prospektlərdəki billboardlarda, yerin altındakı metro stansiyalarında-hara getsək bu elanlara rast gəlmək mümkündür. Çox vaxt həmin yerlərdə narahat addımlarla getməklə uzlaşırıq. Düşünürük ki, bəziləri böyük günahımızı, erməni olmağımızı anlayar, ‘Vay səni fani yalançı!\' deyə üzərimizə atılar…\"
26 fevral Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Taksim Meydanıında mitinq təşkil ediləcək. "Xocalı soyqırımı bir daha yaşanmasın, sən də qatıl!" şüarı yer verilən afişada 26 fevral 1992-ci ildə nə oldu sualının altında bu cümlələr yazılıb: "Erməni ordusu bir gecədə Xocalı şəhərini yox etdi və burada bir soyqırım yaşandı. Azərbaycan torpağı, türk yurdu olan Xocalı 20 ildir ki, Ermənistan işğalı altındadır, 1 milyon insanı didərgin salınıb, minlərlə günahsız insan qətlə yetirilib. Bir daha Xocalıda, Srebrenitsa, Hama və Humus yaşanmasın deyirsinizsə, 26 fevral saat 14:00-da Taksimdə olaq.
Xocalıda öldürülən günahsız canlar üçün ağrıları eşitməmək, o fotoşəkillərdəki parçalanmış bədənlərə ürək sızıntısı ilə baxa bilmək mümkündürmü? İstər azəri, istər kürd, istər türk olsun, günahsız insanların qətl edilməsindən sevinc yaşamaq insanlığa sığarmı?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB