“Xocalı harayı” adlı tədbir keçirilib

“Xocalı harayı” adlı tədbir keçirilib

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə "Xocalı harayı" adlı bədii tədbir keçirilib. Xocalı soyqırımı ilə bağlı "Gecikmiş qalibiyyət" adlı teatrlaşdırılmış səhnəciyi Xəzər Universitetinin Tələbə Gənclər Təşkilatı hazırlayıb. "Gecikmiş qalibiyyət" adlı tamaşanın rejissoru Fərdi Atabəyin SİA-ya verdiyi məlumata görə, səhnələşdirilmiş tamaşada Xəzər Universitetinin tələbələri iştirak ediblər. Rejissor bildirib ki, tamaşanın hazırlanmasında məqsəd Xocalı soyqırımı faciəsini bütün dünyaya çatdırmaqdır: \"Biz istəyirik ki, bu cür tamaşalarla xarici ölkələrdə çıxışlar edərək Xocalı ilə bağlı nəyinki Azərbaycan gənclərini, eyni zamanda bütün dünya gənclərini maarifləndirək\".

Qeyd edək ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənib. Məlumat üçün bildirək ki, hal-hazırda sözü gedən tamaşa nümayiş olunur.


Mirvari Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə