Azərbaycan nümayəndə heyəti Moldovaya səfər edəcək

Azərbaycan nümayəndə heyəti Moldovaya səfər edəcək

Martın ortalarında baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldovaya səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu deyib.

O, bildirib ki, səfər çərçivəsində Azərbaycan-Moldova hökümətlərarası komissiyanın növbəti iclası olacaq. İclasda iqtisadi, siyasi və sosial məsələlər müzakirə olunacaq. Eyni zamanda birgə əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir.



İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə