Milli QHT Forumunun prezidenti: “Heç bir məmur bu işə bəhanə gətirə bilməz”

Milli QHT Forumunun prezidenti: “Heç bir məmur bu işə bəhanə gətirə bilməz”

Azərbaycanda abadlıq-quruculuq işlər davam etməkdədir. Bununla belə hər ildə bu istiqamətdə lazımi tədbirlər planı hazırlanır. Bunu SİA-ya açıqlamasında Milli Qeyri Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni Azərbaycanda keçiriləcək "Avroviziya-2012\" beynəlxaq mahnı müsabiqəsinə hazırlıqla bağlı şəhərdə görülən işlərə münasibət bildirərkən deyib.


QHT rəhbəri bildirib ki, şəhərsalma və arxitekturaya uyğun olaraq Azərbaycanda hər hansı bir dəyişikliklərin aparılması əvvəlcədən planlaşdırılıb: \"Azərbaycanda keçiriləcək "Avroviziya-2012\" mahnı müsabiqəsi isə bu işlərin daha da intensiv aparılmasına və təşkil olunmasını sürətləndirir. Bu da təbii bir şeydir. Qitə miqyaslı bu möhtəşəm mahnı müsabiqəsində ölkəmizə 20 mindən artıq xarici qonaq və xeyli sayda Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayindələri gələcək. Bütün bunlar böyük bir məsuliyyət tələb edir".


R.Zeyni hesab edib ki, bununla belə hər şeyi "Avroviziya" mahnı müsabiqəsi ilə də bağlamaq düzgün deyil: "Tikinti şirkəti və "Podratçı" təşkilat öz üzərinə götürdüyü işi vaxtında və keyfiyyətli şəkildə görməlidir. Amma bəzi insanlar bu musiqi yarışmasından sui-istifadə edirlər. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Biz "Avrovizya" mahnı musabiqəsinə hazırıq və bu işlər də yüksək səviyyədə davam etdiriləcək".


Erməni mətbuatında Azərbaycanla bağlı dərc olunan yazırlara gəlincə, Milli QHT Forumunun prezidenti: "Azərbaycanda hər hansı bir nailiyyət əldə olunan kimi Ermənistan dövləti mütləq şəkildə bunun əleyhinə çıxır. Bu adı çəkilən dövlətin peşəsidir və fəaliyyətidir. Biz bu məsələlərdə yaxşı olardı ki, öz işimizə özümüz qiymət verib, lazımi monitorinqlər keçirək, təhlillər aparaq. Bu gün Azərbaycanda bunu reallaşdırmaq üçün imkanlar mövcuddur. Heç bir məmur, çinovnik bu işə bəhanə gətirə bilməz. Hesab edirəm dövlət səviyyəsində hazırlanmış proqamın olması, vəsaitin ayrılması təqdirdə burada bəhanə gətirməyə heç bir əsas yoxdur", - bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə