Qənirə Paşayeva Xocalı soyqırımı ilə bağlı anma tədbirlərində iştirak edəcək
Fevralın 21-i Türkiyənin Adana şəhərində Xocalı soyqırımı ilə bağlı anma tədbiri keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkili Qənirə Paşayeva qonaqların və iştirakçıların suallarını cavablandıraq.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Həvva Məmmədovanın yazdığı \"Xocalı Soykırımı:Tanıkların dilindən\" kitabının təqdimatı da keçiriləcək. Kitabın təqdimatı fevralın 20-I saat 14:30-da Pamukkale Universitetində təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan millət vəkili Qənirə Paşayeva və Türkiyə millət vəkili Sinan Oğan fevralın 20-də Pamukkale Universitetinin təşkil etdiyi \"20-ci yılında Hocalı Katliamı\" konfransında çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB