Məcburi köçkünlər işıqsız qalıb

Məcburi köçkünlər işıqsız qalıb

Buzovna ərazisində yerləşən \"Xəzər\" sanatoriyasında məskunlaşan məcburi köçkünlər bir necə gündür ki, işıqsız qalıblar. Redaksiyamıza müraciət edən şikayətcillər bildirdilər ki, soyuq, şaxtalı qış günüdə enerji təchizatının dayandırılması sanatoriyada məskunlaşan ailələr üçün ciddi problemlər yaradıb: "Sanatoriyada qaz yoxdur. Burada məskunlaşanlar mənzillərini enerji ilə isidirr. Ancaq bir necə gündür ki, enerji olmadığından soyuqdan donuruq. Uşaqlar, qocalar xəstələnib. Heç kim problemlərimizlə maraqlanmır. Yaranmış vəziyyətlə bağlı "Bakıelektrikşəbəkəyə" məlumat vermək istəsək də artıq bir necə gündür ki, qurumun 199 xidmətinin telefonları işləmir. Məcburuq ki, əlaqəli qurumlara sözümüzü mətbuat vasitəsi ilə çatdıraq".

Qeyd edək ki, məcburi köçkünlərin probleminin səbəbini öyrənmək üçün "Bakıelektrikşəbəkə" yə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, Buzovnada məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yaranmış vəziyyət artıq nəzarətdədir və tezliklə problem öz həllini tapacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə