Şimal bölgəsində qarın hündürlüyü 50 sm-ə çatıb

Şimal bölgəsində qarın hündürlüyü 50 sm-ə çatıb
Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb. Fevralın 6-sı axşam saatlarından başlayaraq, bölgənin bütün rayonlarına qar yağmağa başlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, havanın temperaturu dağlarda 17-18 dərəcə şaxta, bölgənin Aran ərazilərində isə mənfi 7-8 dərəcə təşkil edib. Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Qonaqkənd kəndi ərazində qarın hündürlüyü 45-50 sm-ə, rayon mərkəzində isə 28-30 sm-ə çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə