Bakı və Abşeron yarımadasında fevralın 7-də arabir qar yağacağı, şimal qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, temperatur gecə və gündüz saatlarında 0-3 dərəcə, axşama doğru isə mənfi 5 dərəcə təşkil edəcək. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarına gəlincə, fevralın 6-dan 7-ə keçən gecədən başlayaraq fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB