Bakıdan Gürcüstana neft məhsulları daşıyan Qazaxıstana məxsus yük qatarı Hacıqabul rayonu ərazisində qəzaya uğrayıb. \"Azərbaycan Dəmir Yolları\" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib. Nəticədə qatarın 57 vaqonundan 6-sı relsdən çıxıb. Bu zamanı vaqonlardan 3-ü yolun kənarına aşıb. Qurum rəsmisi onu da bildirdi ki, hadisə baş verən qatarın daşıdığı yük Qazaxıstana məxsus olub və Bakı-Batumi marşrutu ilə hərəkət edib. Vaqonlar hermetik olduğuna görə, aşma nəticəsində ətrafa neft məhsulu dağılmayıb: "Hazırda vaqonların qaldırılması istiqamətində "FH qatarı" MMC-nin Hacıqabul bölməsinin əməkdaşları ərazidə iş aparır. Vaqonların hansı səbəbdən reysdən çıxması araşdırılır. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB