Fevralın 23-24-də Vyanada ATƏT Parlament Assambleyasının (PA) XI qış sessiyası keçiriləcək. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor və Avstriya parlamentinin sədri Barbara Prammer iştirak edəcəklər.
Qış sessiyasında daimi, siyasi məsələlər və təhlükəsizlik, demokratiya və insan hüquqları, iqtisadi məsələlər, elm və ətraf mühit komitələrinin iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, sonuncu üç komitənin birləşmiş iclası keçiriləcək. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB