Paytaxta yağan qar nəqliyyatın hərəkətini dondurdu

Paytaxta yağan qar nəqliyyatın hərəkətini dondurdu
Səhər saatlarında Yolların buz bağlaması bir sıra marşurut avtobuslarının reysə çıxmamasına səbəb oldu. Əsasən paytaxtın enişli-yoxuşlu yollarında, Bakı ətrafı qəsəbələr üzrə hərəkət edən avtobuslar ya işini tamamilə dayandırdı yaxudda iş vaxtı bir neçə saat qısaldıldı. Təbii ki, bu zaman daha cox əziyyət çəkən sərnişinlər və piyadalar oldu ki, onlar ya saatlarla dayanacaqlarda gözləmək məcburiyyətində qaldılar yaxudda buzlu yollarda min bir çətinliklə mənzil başına yollandılar. Bu zaman kim ki xəsarətsiz ötüşdü deməli bəxtdə onun üzünə gülüb.


\"\"

"Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən dayanacaqlarda insan əlindən iynə atsan yerə düşməzdi. Sakinlərlə apardığımız söhbət zamanı hər kəsdən eyni gileyi eşitdik: "Saatlardı dayanacaqda dayanmışıq yollar boş, marşurut yox! Elə bil Bakı kəndləri hamı tərəfindən unudulub".


\"\"

Paytaxtın mərkəzi hissələrində yerləşən dayanaqlarda da oxsar vəziyyət höküm sürürdü. Yolu metrodan düşməyən sakinlər günlərini marşurut gözləməklə keçirdiklərini bildirdilər: " yollar buz bağladığından nə piyada getmək olur nə də avtobus tapmırıq minib gedək. Yollar bizim həyatımız üçün əsil təhlukədi.bir əlacımız qalır yıxıla-dura payi-piyada gedib gələk". Sakinlərin şikayətinə marşurut sürücüləridəndə dəstək gəldi. Illərini sürücülüyə həsr edən Həsən dayı deyir ki, necə illərdi Bakı yolları bu cür buz görməyib. Yolların buz bağlaması həm sürücülərin, həm də sakinlərin həyatını təhlükəyə atır. Bunula yanaşı elə ki, avtobus bir neçə dəqiqə geçikdi o zaman qarın əlindən acıqlı olan sərnişinlər bütün hirslərini tökür üstümüzə: " Bax bir az olar çıxmışam reysə. 2 saatın içində bəlkə 10 sərnişindən acı söz eşitmişəm. Mən adi bir sürüçüyəm, cavabdeh şəxs deyiləm. Avtobusda iri tutumlu. Elə ki, yollar buz bağladı sürmək çətinləşir. Yolları təmizləsinlər bizdə vaxtlı-vaxtında gələk çıxaq".



\"\"




\"\"

Nəqliyyat Nazirliyində isə vəziyyətin heç də acınacaqlı olmadığı qənaətindədilər. Nazirliyin mətbuat katibliyinin rəisi Namiq Həsənov deyir ki, ötən gün şəhərdaxili marşrutlarda 1800 avtobus işləyirdi ki, düzdü bu da adi günlərə nisbətən 400-500 avtobus azdır. Lakin səhər saatlarından etibarən paytaxt marşurutlarında avtobusların hərəkəti bərpa edilib : "Hazırda dünəndən işə çıxmayan marşurutlarda xəttə buraxılıb. Yalnız yolları dağlıq olan ərazilərdə Günəşli, Əhmədli, Yasamalın bəzi hissələrində marşurutlar enişləri qalxıb enməkdə çətinlik çətinlik çəkirlər. Amma bu hələ ki, ciddi problem yaratmır. O ki qaldı Bakı kəndləri istiqamətində hərəkətdə yaranan məhdudiyyətlərə, günorta saatlarından artıq bu problem də aradan qalxıb". Nazirlik rəsmisi onu da bildirdi ki, hazırda \"Azəryolservis\" ASC-nin işci qüvvəsi və texnikası paytaxt yollarının təmizlənməsi istiqamətində ciddi işlər aparır. Hazırda qurumun 350 texnikası paytaxt küçələrində təmizləmə işləri aparır.Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, bu gün istifadə edilən texnika təmizləmə işlərini aparmaq üçün kifayət edir. Hava şəraiti və yollarda vəziyyət daha da pisləşərsə, ehtiyatlardan da istifadə olunacaq. Yolların təmizlənməsində duz və qumdan da istifadə olunur".



\"\"





\"\"


Eyni tədbirlər ölkənin regionlarında və respublika əhəmiyyətli yollarında da davam edir. Pünhan Mürsəliyev bildirdi ki, hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə olunan 700-ə yaxın texnika var. Qrumun bununla bağlı ehtiyatları da kifayət qədərdir. Belə ki, hazırda \"Azəryolservis\" ASC-nin duz ehtiyatı respublika əhəmiyyətli yollar üzrə 1 800 tona yaxın, Bakı üzrə 100 tona yaxındır. Lakin əsas problem yollarda avtomobillərin nasaz vəziyyətdə idarə olunmasıdı. Belə ki, bu cür maşınlar qarlı yollarda hərəkət edə bilməyərək tığaclar yaradır. Bu zaman həmin yolların təmizlənməsi müşkülə çevrilir. Bu tip hallar ötən gün Bakı Sumqayıt yolunun Xırdalan istiqamətində daha çox müşahidə edildi. O səbəbdəndə magistral yolda bir neçə saatlıq tıxac yarandı. Lakin hazırda bu istiqamətdə yollar tamamilə işləkdir.



\"\"


Ölkə ərazisində havaların kəskin soyuması və avtomobil yollarının buz bağlaması dəmiryolunda sərnişin sıxlığına səbəb olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyir ki, ötən gündən başlayaraq qrum gücləndirilmiş iş rejimində çalışırlar. Son iki gün ərzində dəmir yolu ilə sərnişindaşıma 15% artıb: "Bu gün dəmir yolunda sərnişinlərin daha çox olacağı gözlənilir və bu səbəbdən tələbatı ödəmək üçün qatarlara əlavə 15-20 vaqon qoşulub. Yəqin ki, bu gün də əlavə vaqon qoşmağa ehtiyac olacaq, artıq qoşmağa hazırlaşırıq. Təhlükəsizlik məqsədilə qatarların sürətinə məhdudiyyət qoyulub, ona görə də qatarlar gecikmə ilə gəlir. Əsas odur ki, gec gəlsinlər, amma salamat çatsınlar.

Qeyd edək ki, gecikmələr beynəlxalq qatarlarda da müşahidə olunur. N.Əzməmmədovun sözlərinə görə, ötən gün Tümen qatarı Bakıya vaxtından gec gəlib, lakin bu gün səhər vaxtında geri qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportu isə tədricən fəaliyyətini bərpa edir. \"AzAL\"-ın mətbuat xidmətindən verilən məlumata görə, bu gün hava limanında Bakıdan Dubaya, Moskvaya, İstanbula, Kiyevə və Surquta olan aviareyslərə qeydiyyat aparılır. Hazırda Moskva, İstanbul və Dubaya olan dünənki reyslər uçuşa hazırlanır. Digər təxirə salınmış reyslər imkan olduqca tədricən həyata keçiriləcək. Bu günə nəzərdə tutulan Bakı-Paris və Bakı-Milan aviareysləri müvafiq olaraq fevralın 5-i və 6-da reallaşacaq. Hava limanı gücləndirilmiş iş rejimində keçib. Limanının ərazisi qardan və buzdan təmizlənib. Qeyd edək ki, ötən günün ikinci yarısından etibarən bir sıra aviareyslər hava şəraitinin əlverişsiz olması səbəbindən təxirə salınıb. Lakin bu gecə saat 02:05-də aeroport hələ fevralın 2-də saat 19:05-də Bakıyda enməli olan Praqadan gələn aviareysi qəbul edə bilib. Daha sonra saat 08:40-da əks istiqamətdə, Bakı-Praqa aviareysi yerinə yetirilib.



\"\"



\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə