Azərbaycanda məktəblər bağlandı

Azərbaycanda məktəblər bağlandı

Kəskin hava şəraiti ilə əlaqədar Azərbaycanda bütün orta ümumtəhsil məktəblərində dərslər həftə sonuna kimi təxirə salınıb. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə SİA-ya açıqlamasında bildirib ki, təhsil naziri Misir Mərdanov bununla bağlı müvafiq əmr imzalayıb. Onun sözlərinə görə, əmrdə qeyd olunub ki, hava şəraiti ilə əlaqədar dərslər fevralın 6-dək dayandırılıb.

Bundan əlavə, təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanlarının da vaxtı dəyişdirilib. Həmin imtahanların vaxtı başqa vaxta keçiriləcək. İmtahanların nə zaman keçiriləcəyi isə tarixi yaxın günlərdə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə