Bahar Muradova: “Belə bir qərarın Fransa Senatında qəbul olunması həmin ölkənin tarixində utancverici bir ləkə kimi yadda qalacaq” - MÜNASİBƏT
Azərbaycan dövləti indiyədək bu istiqamətdə bütün lazımi addımlarını atıb və bundan sonrada da atmaqda davam edir. Bunu Səs TV-yə açıqlamasında Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova deyib.
Vitse-spiker bildirib ki, biz bu qanunun Fransa parlamentinə daxil olduğu andan etibarən bütün istiqamətlərdə səylərimizi davam etdirmişik: \"Azərbaycanın bütün siyasi partiyaları, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) Senatın hər bir üzvünə şəxsən müraciət etmişdi. Eləcə də Milli Məclis dekabrın 30-da Fransa Senatına bu qərarın qəbul olunmaması ilə bağlı müraciət edib. Amma çox təəssüflər olsun ki, bu çağırışlara baxmayaraq Fransa Senatı məlum qərarı qəbul etdi. Biz bunu qətiyyətlə pisləyirik".
B.Muradova hesab edir ki, bu Avropada çoxdan özünə yer almış təməl prisniplərinə, insan haqlarına, vicdan, fikir və ifadə azadlığına qarşı yönəlmiş bir qərardır: "Bunun demokratiya ilə bir arada fəaliyyət göstərməsi qeyri-mümkündür. Belə bir qərarın Fransa Senatında qəbul olunması həmin ölkənin tarixində utancverici bir ləkə kimi yadda qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB