Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filatı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filatı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Moldova Respublikasının Baş naziri Vladimir Filatı qəbul edib.

Dövlətimizin başçısı Moldova Respublikasının Baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev yeni mərhələdə münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev Baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan ilə Moldova arasında münasibətlərin həmişə dostluq prinsiplərinə əsaslandığını deyən Baş nazir Vladimir Filat ölkələrimizin əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Baş nazir ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinə yaxşı imkan yaradacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə