Azərbaycanda Avropa Şurası ilə birgə 2012-2014-cü illərdə həyata keçiriləcək Fəaliyyət Planı hazırlanır

Azərbaycanda Avropa Şurası ilə birgə 2012-2014-cü illərdə həyata keçiriləcək Fəaliyyət Planı hazırlanır

Azərbaycanda Avropa Şurası (AŞ) ilə birgə 2012-2014-cü illərdə həyata keçiriləcək Fəaliyyət Planı hazırlanır.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, artıq bununla bağlı müvafiq təkliflər hazırlanır. Yaxın vaxtlarda AŞ bu təklifləri Azərbaycan hökumətinə və Bakıdakı nümayəndəliyə göndərəcək.

Fəaliyyət Planına əsasən, Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklər, o cümlədən korrupsiya ilə mübarizə və məhkəmələrin işinin təkmilləşdirilməsinə dair bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə