Abdullah Gül və Ərdoğan Rauf Denktaşın ölümü ilə bağlı başsağlığı veriblər
Türkiyənin prezidenti və baş naziri Şimali Kipr Türk Respublikasının (ŞKTR) qurucusu və ilk prezidenti Rauf Denktaşın ölümünə münasibət bildiriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Abdulla Gül ŞKTR qurucusu və ilk prezidenti Rauf Denktaşın ölümü ilə bağlı yazılı açıqlama verib. Açıqlmada Denktaşın itkisi yalnız Kipr türklərinin deyil, bütün Türk millətinin itkisidir - deyə bildirlir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə Şimali Kipr Türk Rauf Denktaşın ölümü ilə bağlı başsağlığı məktubu göndərib. Məktubda Ərdoğan mərhum R.Denktaşın oğlu Sərdar Denktaşa və ŞKTR-in Baş naziri İrsen Küçüyə başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB