Aİ Azərbaycanın şimal rayonunda bələdiyyələrin illik fəaliyyəti üzrə pilot-layihələr icra edəcək
Azərbaycanda daha təkmilləşdirilimiş strategiyanın işlənib hazırlanması və vətəndaşların iştirakının artırılması vasitəsi ilə qeyri-dövlət iştirakçılarının və yerli özünüidarə orqanlarının davamlı və birgə inkişafını dəstəkləyən "İcmanın inkişafı üçün icmadaxili əməkdaşlıq və dialoq" layihəsinin təqdimat mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib ki, layihə çərçivəsində yerli vətəndaş cəmiyyəti təşkilatları və qeyri-dövlət iştirakçılarının potensialının artırılmasına dair tədbirlər keçiriləcək. Vətəndaş cəmiyyətinin iştirakı üzrə yerli strategiya sənədi hazırlanacaq və Azərbaycanın 4 şimal rayonunda bələdiyyələrin illik fəaliyyəti üzrə pilot-layihələr icra olunacaq.
Bundan əlavə, 60 bələdiyyə məmurunun idarəçilik səriştəsi artırılacaq. Bələdiyyələr sahəsində milli qanunvericiliyə düzəlişlərin edilməsinə dair təkliflər hazırlanaraq Milli Məclisə təqdim olunacaq: "Layihə çərçivəsində bir sıra digər fəaliyyət növlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Bu, potensial quruculuğu üzrə seminarların aparılması, regional "dəyirmi masa"ların keçirilməsi, tövsiyyələr paketlərinin hazırlanması, layihə nəticələrinin milli səviyyədə yayılması və regional pilot layihələrinin icrasıdır".
"British Council Azərbaycan" təşkilatının nümayəndəsi Corc Börd söyləyib ki, bələdiyyələrin ictimai xidmətlərini yaxşılaşdırmaqla və cavabdehliyini artırmaqla vətəndaşların qərarların qəbul edilməsi prosesində səmərəli iştirakı layihənin ümumi məqsədlərindən biridir. O, həmçinin söyləyib ki, qərarvermə prosesinin daha şəffaf olması məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatların və yerli bələdiyyələrin qarşıllıqlı əməkdaşlıq göstərməsi üçün imkan yaradır.
"British Council Azərbaycan" təşkilatının direktoru Pol Klemenson 24 aylıq müddəti əhatə edəcək yerli layihənin Azərbaycanın şimal-qərb rayomnlarında həyata keçiriləcəyini vurğulayıb: "Oğuz, Balakən, Zaqatala və Qax rayonlarında keçiriləcək layihə Birləşmiş Krallığın "British Council" təşkilatı yerli tərəfdaş qurumlarla birgə layihəyə dair təşəbbüs irəli sürmüşdü. Hazırda Azərbaycan İnsan Hüquqları Fondu və İqtisadi Tədqiqatlar Mərkəzi Aİ-nin təşkilatçılığı ilə bu layihəni birgə həyata keçirir".
Xatırladaq ki, layihənin 85 faizini Avropa Komissiyası, 15 faizini isə "British Council" və yerli tərəfdaşlar maliyyələşdirir. Layihənin ümumi büdcəsi 256.448 avro təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB